Yuxarı

Sumqayıtda kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib

Yarmarka mütəmadi və davamlı olacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Sumqayıt şəhəri, Sumqayıt Avtovağzalının ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkası təşkil edilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, qurum Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları ilə əlaqədar Sumqayıt şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədilə bu tədbiri həyata keçirib. 

Qeyd edilir ki, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi