Statistika Komitəsi: Təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı artıb

Statistika Komitəsi: Təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı artıb Naxçıvan Muxtar Respublikasında 109436 baş iribuynuzlu mal-qara qeydə alınıb
ASK
13 İyul , 2016 20:33
Statistika Komitəsi: Təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı artıb

Bakı. 13 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının təsərrüfatlarında ötən il 109436 baş iribuynuzlu mal-qara qeydə alınıb.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il təsərrüfatlarda 662842 baş qoyun və keçi, 1153345 baş quş qeydə alınıb.

Qeyd edək ki, 2010-cu ildə muxtar respublikanın təsərrüfatlarında 101160 baş iribuynuzlu mal-qara, 603018 baş qoyun-keçi, 901733 baş quş mövcud olub.

Son xəbərlər

Orphus sistemi