Soçidə beynəlxalq taxıl forumu keçiriləcək

Soçidə beynəlxalq taxıl forumu keçiriləcək Forum sentyabrın 30-dan oktyabrın 2-dək baş tutacaq
ASK
22 Aprel , 2016 13:12
Soçidə beynəlxalq taxıl forumu keçiriləcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bu ilin sentyabr ayında Rusiyada II Dünya Taxıl Forumu keçiriləcək. 

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, forum sentyabrın 30-dan oktyabrın 2-dək Soçi şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvətlidir. Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi