Smolenskdən Azərbaycana kolbasa idxalına başlanacaq

Smolenskdən Azərbaycana kolbasa idxalına başlanacaq Rusiyanın Smolensk vilayətində yerləşən kolbasa məhsulları istehsalçısı “Romanişin” şirkəti öz məhsullarını Azərbaycana ixrac etməyə hazırlaşır.
ASK
23 Sentyabr , 2021 16:05
Smolenskdən Azərbaycana kolbasa idxalına başlanacaq

Rusiyanın Smolensk vilayətində yerləşən kolbasa məhsulları istehsalçısı “Romanişin” şirkəti öz məhsullarını Azərbaycana ixrac etməyə hazırlaşır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, istehsalçı ilk dəfə olaraq xarici bazara çıxacaq.

O, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") müvafiq auditindən keçir. Bu proses yekunlaşandan sonra xaricə ilk test partiyalar yollanacaq. İxracın tələbini tam ödəmək üçün şirkət əlavə olaraq 3 sex tikdirir.

Son xəbərlər

Orphus sistemi