SKMF Zərdab rayonunda prioritet sahələr üzrə investisiya lahiyələrinin qəbuluna başlayıb

SKMF Zərdab rayonunda prioritet sahələr üzrə investisiya lahiyələrinin qəbuluna başlayıb Cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması layihələrinə üstünlük veriləcək
ASK
14 Oktyabr , 2014 11:56
SKMF Zərdab rayonunda prioritet sahələr üzrə investisiya lahiyələrinin qəbuluna başlayıb
Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunda (Aran iqtisadi rayonu) prioritet hesab edilən sahələr üzrə investisiya lahiyələrinin qəbuluna başlayıb. İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, SKMF oktyabrın 10-da Aran iqtisadi rayonu üzrə Zərdab rayonunun Çallı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən prioritet hesab edilən sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələri, cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi