Yuxarı

SKMF Qobustanda investisiya layihələrinin qəbuluna başlayıb

Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün Fonda müraciət edə bilərlər

Bakı. 23 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, Fond sahibkarlardan cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının yaradılması, pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF dekabrın 17-də Qobustan rayonunun Çuxanlı kəndində işgüzar forum keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi