Bakı. 4 sentyabr. REPORT.AZ/ Şəmkirdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. "Report"un İqtisadiyyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqdə
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
Qeyd edək ki, treninq İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.