Şəmkirdə meyvə bağlarında ötən illə müqayisədə məhsuldarlıq 2 dəfə çox olub

Şəmkirdə meyvə bağlarında ötən illə müqayisədə məhsuldarlıq 2 dəfə çox olub Şəmkirdə giləmeyvə bağlarında ötən illə müqayisədə məhsuldarlıq 2 dəfə çox olub.
ASK
10 İyul , 2024 22:00
Şəmkirdə meyvə bağlarında ötən illə müqayisədə məhsuldarlıq 2 dəfə çox olub

2024-cü ilin yanvar-iyun aylarında Şəmkirdə mövcud olan bağlardan 15 386,9 ton meyvə və giləmeyvə yığılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ötən illə müqayisədə gavalı, alça, gilas, şaftalı bağlarında məhsuldarlıq 2024-cü ildə daha çox olub.

Bu fərq giləmeyvələrdə daha çox özünü göstərir. Belə ki, ötən il 302 hektar giləmeyvə bağlarından 830,7 ton məhsul yığılmışdırsa, cari ildə həmin ərazilərdən toplanan məhsul iki dəfə artaraq 1 650,3 ton olub.

Qeyd edək ki, Şəmkirdə hazırda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur. Bu il rayonda 78 hektar yeni bağ salınıb. Fermerlər tərəfindən müsair standartlara uyğun qurulan bu bağlar xurma (41 ha), şaftalı (25 ha) və alça (12 ha) bağlarıdır.

Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, nar, şaftalı, heyva, gavalı, alça və digər meyvə bağları mövcuddur.

Şəmkirdə istehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur ki, bu da ölkəyə valyuta daxilolmalarının artırılmasına müsbət təsir göstərir.

Cari ildə Şəmkir rayonunda payızlıq meyvələrdən, xüsusilə də xurma, nar, alma, armud, üzüm bağlarından da fermerlər yüksək məhsuldarlıq əldə edəcəklərini gözləyirlər.

Son xəbərlər

Orphus sistemi