Yuxarı
    Bağlamaq

    ​Azərbaycan sement istehsalını 38% artırıb

    Tikinti kərpici və gips istehsalında isə azalma qeydə alınıb

    Bakı. 26 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi illik müqayisədə 19,8% artaraq 417,4 milyon manata çatıb.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin ilk on bir ayı ərzində 2,715 mln. ton sement istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım deməkdir. Sement istehsalının 2,712 mln. tonunu əmtəəlik sement təşkil edib.

    Bu müddətdə ölkədə asfalt istehsalı isə illik 1% artaraq 372,3 min tona, hörmə üçün hazır beton qarışığı 24,3% artaraq 1,555 mln. tona çatıb. Asfalt istehsalının 351,3 min tonu, hörmə üçün hazır beton qarışığının isə 1,490 mln. tonu əmtəəlik olub.

    Statistikaya əsasən, hesabat dövründə tikinti kərpici və gips istehsalında isə azalma müşahidə edilib. Gips istehsalı illik 26,8% azalaraq 172,7 min tona, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar 70% azalaraq 4,667 tona, tikinti kərpici istehsalı isə 26,9% azalaraq 265,1 min kubmetr təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi