Azərbaycan sarımsağının xaricdə yeganə alıcısı tədarükü kəskin artırıb
- 17 yanvar, 2022
- 08:00
Ötən ilin 11 ayı ərzində Azərbaycandan xaricə 287,11 min ABŞ dolları dəyərində 205,03 ton sarımsaq göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər və kəmiyyət ifadəsində 2,7 dəfə çoxdur. 2021-ci il və ondan əvvəlki ildə sarımsağın xaricdə yeganə alıcısı Rusiya olub.
2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizə xaricdən 934 min ABŞ dolları dəyərində 718,71 ton sarımsaq gətirilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 61,36 % və 61,37 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 731 min ABŞ dolları dəyərində 562,56 ton, Çindən 172,15 min ABŞ dolları dəyərində 132,43 ton, Türkiyədən 31,46 min ABŞ dolları dəyərində 23,73 ton məhsul alıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə İrandan kənd təsərrüfatı məhsulunun tədarükü müvafiq olaraq 58,59 % və 58,59 %, Çindən – 72,14 % və 72,14 % azalıb, Türkiyədən – 3 146 dəfə və 2 373 dəfə artıb.