Şamaxıda yeni meyvə növləri və ting istehsalı prosesinin təqdimatı olacaq

Şamaxıda yeni meyvə növləri və ting istehsalı prosesinin təqdimatı olacaq Oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Üzüm Tingçilik Mərkəzində yeni meyvə növləri və ting istehsalı prosesinin təqdimatı olacaq.
ASK
20 Oktyabr , 2022 19:03
Şamaxıda yeni meyvə növləri və ting istehsalı prosesinin təqdimatı olacaq

Oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Üzüm Tingçilik Mərkəzində yeni meyvə növləri və ting istehsalı prosesinin təqdimatı olacaq.

Bu barədə "Report"a nazirlikdən bildirilir.

Məlumata görə, ötən il fəaliyyətə başlamış Mərkəz üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniyanın “PSB Produccion Vegetal” şirkətilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə növlərinin yetişdirilməsi və ixracı təşkil edilir.

İspaniya şirkətinə məxsus olan sortların əsas üstünlüyü biotik və abiotik stres amillərinə davamlı, tez məhsula düşən (2-ci ildən etibarən) və daha məhsuldar olmasıdır. Gələn həftə xarici və yerli mütəxəssislərlə birgə Mərkəzdə yeni meyvə seleksiya naliyyətlərinin təqdimatı keçiriləcək. Burada yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi və tinglər nümayiş etdirildikdən sonra İspaniya şirkətin nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və fermerlərlə birlikdə müzakirələr aparılacaq və iştirakçıların sualları cavablandırılacaq.

Meyvəçiliklə məşğul olan bütün fermerlər, sahibkarlar və mütəxəssislər tədbirə dəvətlidirlər.

Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında əsas məqsəd respublikanın meyvəçilik təsərrüfatlarını xəstəlik və zərərvericilərdən azad, bəyan edilən sorta doğru və müxtəlif iqlim şəraitlərinə adaptasiya qabiliyyətli əkin materialları ilə təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi