Salyanda 45 il öncə istismara verilən sutəmizləyici qurğuların fəaliyyəti dayandırılacaq - FOTO

Salyanda 45 il öncə istismara verilən sutəmizləyici qurğuların fəaliyyəti dayandırılacaq - FOTO Rayonda yeni su xətlərinin çəkilişinə başlanılıb
ASK
29 Aprel , 2016 08:29
Salyanda 45 il öncə istismara verilən sutəmizləyici qurğuların fəaliyyəti dayandırılacaq - FOTO

Bakı. 29 aprel. REPORT. AZ / Salyan rayonunda yeni su xətlərinin çəkilişinə başlanılıb. “Report” xəbər verir ki, 45 il bundan öncə Salyan şəhər əhalisini içməli su ilə təmin etmək üçün sutəmizləyici qurğular tikilərək istismara verilib və əhalinin içməli suya olan tələbatını ödəmək mümkün olub. Lakin sonralar əhalinin sayı artdığından tələbatı ödəmək üçün Kürün sahilində quraşdırılan nasoslar vasitəsi ilə su, durulducu hövuzlara vurulur və buradan da əhaliyə verilirdi. Beləcə, rayon əhalisinin bir hissəsi qismən təmizlənmiş içməli sudan istifadə etmək məcburiyyətində qalırdılar.

Sakinlərin daha keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə ölkə başçısı aidiyyəti qurumlara tapşırıqları verib. Bundan sonra problem öz həllini tapıb. Artıq bir neçə gündür ki, Salyan şəhərinin mərkəzində yeni su xətlərinin çəkilişinə başlanılıb.

Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllının sözlərinə görə, Şirvan-Muğan magistral su kəmərindən Salyan şəhərinə yeni su kəməri çəkilir: "Eyni zamanda şəhərdaxili bəzi ərazilərdə yeni paylayıcı şəbəkə quraşdırılır. Layihə çəçivəsində 3,5 kilometrdən artıq magistral su şəbəkəsi inşa ediləcək ki, artıq onun 1,5 kilometr hissəsi inşa edilib. Aprel ayından başlanılan tikinti işlərinin bu ilin iyununda tam başa çatdırılması nəzərdə tutulub. Tikinti işləri başa çatdıqdan sonra magistral kəmər Salyan şəhərinin mövcud şəbəkəsinə qoşulacaq. Bununla da şəhərdə 4300 abonent Bakı sakinlərinə verilən ekoloji cəhətdən təmiz, saf sudan istifadə edə biləcəklər. İşlər yekunlaşandan sonra hazırda istismar olunan sutəmizləyici qurğunun fəaliyyətinə son qoyulacaq. Növbəti mərhələdə isə Salyan şəhərnin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi icra olunacaq. Bu layihə çərçivəsində Salyan şəhərinin bütün ərazisində yeni su və kanalizasiya şəbəkəsi yaradılacaq".

Son xəbərlər

Orphus sistemi