Şahmar Mövsümov: “Qarabağın yararlı torpaqları dövriyyəyə qaytarılmalıdır”

Şahmar Mövsümov: “Qarabağın yararlı torpaqları dövriyyəyə qaytarılmalıdır” “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa edilməsi və insanların oraya qaytarılması qarşımızda duran prioritet məsələdir”.
ASK
4 Noyabr , 2021 17:31
Şahmar Mövsümov: “Qarabağın yararlı torpaqları dövriyyəyə qaytarılmalıdır”
Şahmar Mövsümov

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa edilməsi və insanların oraya qaytarılması qarşımızda duran prioritet məsələdir”.

“Report”un məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələrində deyib.

“Azərbaycan həmin ərazilərin bərpası istiqamətində böyük işlər görür. Bizim növbəti proritetimiz böyük qayıdışdır. Biz burada ədaləti bərpa etməliyik, insanları oraya qaytarmalıyıq. Bərpa işləri Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq. Qarabağın kənd təsərrüfatına yararlı torpaqları dövriyyəyə qaytarılmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi