Yuxarı

Sabirabadda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, çörək, ketçup, mayonez və xardal sousu, pendir istehsalı və meyvəqurutma, iri fermer, kiçik cins heyvandarlıq, intensiv bağçılıq (nar, xırnik) və tərəvəzçilik (lobya) təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər. 

Qeyd edək ki, SKMF sentyabrın 3-də Sabirabad rayonunda işgüzar forum keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi