Rusiyaya idxal olunan quru süd məhsulunun Azərbaycana qaytarılmasının səbəbi məlum olub

Rusiyaya idxal olunan quru süd məhsulunun Azərbaycana qaytarılmasının səbəbi məlum olub Azərbaycan Dövlət Baytarlıq Xidməti məsələyə aydınlıq gətirib
ASK
11 Aprel , 2016 11:11
Rusiyaya idxal olunan quru süd məhsulunun Azərbaycana qaytarılmasının səbəbi məlum olub

Bakı. 11 aprel. REPORT.AZ/ Ötən həftə Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərinə Azərbaycandan idxal olunan 20 ton quru süd məhsulunun geri qaytarılmasının səbəbi məlum olub. Belə ki, süd məhsulunun RF-yə ixracı ilə məşğul olan Azərbaycan şirkəti Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidməti yanında təşkilatların reyestrində qeydiyyatdan keçməyib. Nəticədə, bu ölkəyə gətirilən 20 ton quru süd geri qaytarılıb.

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli bildirib.

"Ümumi qaydalara əsasən, Rusiyaya hər hər hansı bir məhsul idxal olunduqda o, Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti Xidməti yanında təşkilatların reyestrində qeydiyyatdan keçməlidir. Bu, icra edilmirsə, hər hansı bir məhsulun Rusiya tərəfindən qəbul edilməsi real deyil", - qeyə Y.Xanvəli qeyd edib.

Azərbaycan şirkətinə bununla bağlı əvvəlcədən xəbərdarlıq edildiyini deyən DBX rəsmisi əlavə edib ki, Biləsuvar rayonundan olan həmin sahibkara öncədən bu prosedur barədə xəbər verilib: "Lakin görünür, o, buna əhəmiyyət verməyib. Biz həmin müəssisənin sahibinə bu barədə məlumat vermişdik. Belə bir qayda var, hər hansı ölkəyə idxalla bağlı sorğu daxil olduqda, həmin ölkənin baytarlıq xidmətinin mütəxəsissləri sorğu göndərən müəssisədə nəzarət tədbirləri aparmalıdırlar. Azərbaycan tərəfi bu qaydalara əməl edir. Daha sonra, yoxlanılan müəssisə, məsələn, Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti Xidmətinin reyestrinə daxil edilir. Artıq bu mərhələdən sonra həmin məhsulların Rusiyaya idxalında heç bir problem yaranmır".

Son xəbərlər

Orphus sistemi