Rusiyanın Stavropol vilayətindən Azərbaycana ixrac olunan taxıl yoxlanılıb

Rusiyanın Stavropol vilayətindən Azərbaycana ixrac olunan taxıl yoxlanılıb Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsi ölkənin Stavropol diyarından ixrac üçün nəzərdə tutulmuş 233 min ton taxılı yoxlayıb.
ASK
1 Oktyabr , 2021 11:44
Rusiyanın Stavropol vilayətindən Azərbaycana ixrac olunan taxıl yoxlanılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsi ölkənin Stavropol vilayətindən ixrac üçün nəzərdə tutulmuş 233 min ton taxılı yoxlayıb.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu taxılın təxminən 70 %-i və yaxud 165 min tonu buğda və noxud olmaqla Azərbaycana ixrac edilib. Bundan başqa, ümumi çəkisi təxminən 10 min ton buğda, qarğıdalı, noxud, düyü, qarabaşaq yarması və lobya Ermənistana, 50 min ton buğda və qarğıdalı isə Gürcüstana göndərilib.

Yoxlamaların nəticələrinə görə, məhsullarda karantin orqanizmləri aşkar edilməyib, onlar Rusiya qanunvericiliyinin və idxalçı ölkələrin fitosanitar tələblərinin tələblərinə cavab verib.

Son xəbərlər

Orphus sistemi