Rusiyanın iri əczaçılıq şirkəti Azərbaycan bazarına daxil olur

Rusiyanın iri əczaçılıq şirkəti Azərbaycan bazarına daxil olur "VİK" Şirkətlər Qrupu Bakı və bölgələrdə məhsullarını reallaşdırmaq niyyətindədir
ASK
117
23 Avqust , 2016 17:06
Rusiyanın iri əczaçılıq şirkəti Azərbaycan bazarına daxil olur

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın baytarlıq əczaçılığı sahəsində ixtisaslaşmış iri istehsal müəssisəsi - "VİK" Şirkətlər Qrupu Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir.

Bunu "Report"a açıqlamasında şirkətin məhsullarının ixracını həyata keçirən nümayəndəsi aparıcı baytar həkim, quşçuluq üzrə məsləhətçi Sergey Sedov bildirib.

Onun sözlərinə görə, şirkət hazırda Azərbaycandakı tərəfdaşı vasitəsi ilə qeydiyyat prosesini həyata keçirir: "Bizim Belarus və Rusiyada iki zavodumuz var. Məhsullarımızı hazırda Azərbaycan bazarına da çıxarmağı planlaşdırırıq. Məhsulların satışını əvvəlcə Bakıda beş apketdə, daha sonra isə ölkənin rayonlarına da tədarük etməyi düşünürük. Bütün zəruri proses başa çatdıqdan sonra gələn il üçün 150 min dollar həcmində məhsulu Azərbaycana ixrac etməyi planlaşdırırıq".

Qeyd edək ki, "VİK" Şirkətlər Qrupu 1990-cı ildə yaradılıb. Rusiya, Belarus və Qazaxıstanın mərkəzi şəhərlərində 19 ofisə malikdir və burada məhsullarının satışını reallaşdırır.

Son xəbərlər

Orphus sistemi