Rusiyanın Həştərxan vilayəti ASCO ilə əməkdaşlıq etmək istəyir

Rusiyanın Həştərxan vilayəti ASCO ilə əməkdaşlıq etmək istəyir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASK
13 Dekabr , 2019 18:02
Rusiyanın Həştərxan vilayəti ASCO ilə əməkdaşlıq etmək istəyir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, görüşdə nəqliyyat sahəsində uğurlu əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, Xəzər üzərindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri hövzədə su nəqliyyatının əhəmiyyətini daha da artırır. Qubernator Bakı və Həştərxanı birləşdirən ticari əlaqələrdən də danışıb. Qeyd edib ki, bu əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensial mövcuddur.

ASCO sədri Rauf Vəliyev şirkətin nəqliyyat və ixtisaslaşmış donanmalarının potensialından danışıb. Rauf Vəliyev Bakı və Həştərxanı birləşdirən tarixi gəmiçilik ənənələrindən də söz açıb.

Daha sonra Həştərxandan olan nümayəndə heyəti “OSK” Birləşmiş Gəmiqayırma Korporasiyasının təqdimatı ilə çıxış edib. Təqdimat zamanı şirkətin əldə etdiyi son nailiyyətlər, tikdiyi müxtəlif tipli üzən vasitələr, göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi