Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanıldı

Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanıldı Yoxlama aparılarkən balıqların yararlıq müddətinin artıq çıxdığı məlum olub
ASK
8 Fevral , 2021 18:36
Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanıldı

Rusiyanın Həştərxan vilayətində Baytar Nəzarəti Məntəqəsində Azərbaycana ixrac olunacaq 5 ton dondurulmuş sazan balığı saxlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, yoxlama aparılarkən balıqların yararlıq müddətinin artıq çıxdığı məlum olub. Nəticədə həmin yükün göndərilməsinə qadağa qoyulub.

Məhsulun istehsalçı müəssisəsinin inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi