Rusiyada buğdanın ixrac qiyməti artıb

Rusiyada buğdanın ixrac qiyməti artıb Rusiyada 12,5 faizlik proteinli buğdanın qiyməti ötən həftə 3 ABŞ dolları artaraq 301 dollara çatıb.
ASK
146
7 Sentyabr , 2021 13:46
Rusiyada buğdanın ixrac qiyməti artıb

Rusiyada 12,5 faizlik proteinli buğdanın qiyməti ötən həftə 3 ABŞ dolları artaraq 301 dollara çatıb.

“Report” xəbər verir ki, yerli qurumların məlumatına görə bu, aprel ayından indiyədək ən yüksək həddir.

Ekspertlərin fikrincə, Rusiya və Kanadada bu il buğda məhsuluna dair proqnozların pisləşməsi, həmçinin Rusiyanın daxili bazarındakı bahalaşma üzündən iyun ayından bu yana adıçəkilən ölkədə buğdanın ixrac qiyməti 50 dollardan çox artıb. Buna əlverişsiz hava şəraitinin təsir etdiyi qeyd olunur.

Bununla yanaşı, Rusiya buğdasının bundan sonra da bahalaşacağının inandırıcı olmadığı diqqətə çatdırılıb. Belə ki, başqa ölkələrdən də buğdanın ixrac qiymətləri azalıb. Rusiya buğdası isə rəqabətdə uduzmağa başlayır.

Son xəbərlər

Orphus sistemi