Rusiya və Azərbaycan meyvə-tərəvəz istehsalı sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir

Rusiya və Azərbaycan meyvə-tərəvəz istehsalı sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir Nazir Aleksey Ulyukayev: "Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq"
ASK
23 Sentyabr , 2014 15:49
Rusiya və Azərbaycan meyvə-tərəvəz istehsalı sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya Azərbaycanla meyvə-tərəvəz istehsalı ilə bağlı yeni müəssisələrin yaradılması ideyası üzərində işləyir. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

“Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı ilə bağlı yeni birgə müəssisələrin, o cümlədən logistika mərkəzlərinin, anbarların və s. yaradılması üzərində işləyirik. Bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik”, - deyə rusiyalı nazir bildirib.

Son xəbərlər

Orphus sistemi