Rusiya ötən il Azərbaycandan 38,3 milyon dollarlıq kartof alıb

ASK
  • 28 yanvar, 2022
  • 10:26
Rusiya ötən il Azərbaycandan 38,3 milyon dollarlıq kartof alıb

2021 ili yanvar-noyabr aylarında Azərbyacan xaricə 39 milyon 873,14 min ABŞ dolları dəyərində 91 min 873,83 ton kartof satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,1 %, kəmiyyət olaraq – 12,95 % çoxdur.

Hesabat dövründə Rusiyaya 38 milyon 315,65 min ABŞ dolları dəyərində 85 min 054,66 ton, Ukraynaya 1 milyon 060,7 min ABŞ dolları dəyərində 4 min 723,07 ton, Belarusa 345,35 min ABŞ dolları dəyərində 1 min 327,92 ton, Qazaxıstana 128,46 min ABŞ dolları dəyərində 656,18 ton, Gürcüstana 12,13 min ABŞ dolları dəyərində 68,6 ton, Moldovaya 10,85 min ABŞ dolları dəyərində 43,4 ton kartof tədarük olunub.

2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 24,42 % və 22,84 % artıb, Ukraynaya – 42,18 % və 35,76 % azalıb, Belarusa – 29 % və 9,63 % azalıb, Qazaxıstana – 17,79 % və 33,35 % artıb, Gürcüstana – 97,35 % və 97,24 % azalıb, Moldovaya – 82,1 % və 79,1 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti