Yuxarı

Rusiya Azərbaycanı Türkiyə məhsullarının təkrar ixracında şübhəli bilir

Məsələylə bağlı Rusiya tərəfi araşdırmalara başlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya Türkiyədən bitkiçilik məhsullarının ixracının qarşısının alınmasına dair Azərbaycan və İranın öhdəliklərini yerinə yetirməsi ilə bağlı araşdırma aparıb. "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, yoxlamaların gedişi zamanı bu ilin yanvar ayı ərzində Azərbaycandan Rusiyaya tomatın tədarükünün beş dəfə artdığı müəyyən edilib. Bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert bildirib.

Məlumata görə, Federal Xidmət anlaya bilmir ki, Azərbaycan hansı şəkildə istixanada yetirişdirilən pomidor tomatının tədarükünü bu cür kəskin artıra bilib. Bununla belə, Azərbaycan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin sertifikatlarında qeyd edilir ki, məhsul Azərbaycana məxsusdur.

Məsələylə bağlı Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın müvafiq hakimiyyət orqanlarına məktub ünvanlayıb. S.Dankvert təkrar ixrac kanalının qarşısını almaq məqsədilə Azərbaycanda tomatın istehsal yerlərinin yoxlanılması üçün rusiyalı müfəttişlərin səfərini də istisna etmir.

Eyni zamanda, İranda məhsulla bağlı yoxlama göstərib ki, bu ölkə Türkiyədən bitkiçilk məhsullarının təkrar ixracı ilə bağlı üzərinə götürdüyü öhdəliyə riayət edir.

Xatırladaq ki, Türkiyədən Rusiyaya tərəvəz, meyvə və bir sıra ərzaq məhsullarının tədarükü yanvarın 1-dən qadağan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi