Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb

Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixraz edə bilərlər
ASK
3 Mart , 2021 15:47
Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb

Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nazarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

Bu barədə “Report” qurumun internet səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixraz edə bilərlər. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə videoyoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.

Son xəbərlər

Orphus sistemi