Rusiya Azərbaycana heyvandarlıq məhsulları göndərmək üçün hazırlıq görür

Rusiya Azərbaycana heyvandarlıq məhsulları göndərmək üçün hazırlıq görür Ölkəyə tədarük edilməsi zamanı irəli sürülən baytarlıq-sanitariya tələbləri yaxın vaxtlarda Rusiya tərəfinə təqdim ediləcək
ASK
25 Avqust , 2015 14:27
Rusiya Azərbaycana heyvandarlıq məhsulları göndərmək üçün hazırlıq görür

Bakı. 25 avqust. REPORT.AZ/ Moskvada Rusiya müəssisələrinin yoxlanılmasının son mərhələsinə dair Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBX) nümayəndə heyətləri ilə "Rosselxoznadzor"un nümayəndə heyətlərinin görüşü keçirilib. DBNX-dən "Report"a daxil olan xəbərə görə, "Rosselxoznadzor" avqustun 16-dan 21-dək olan dövründə heyvan mənşəli məhsulların (mal əti, quş əti) Azərbaycana çatdırılması hissəsində Rusiya müəssisələrinin ixrac potensialının inkişaf etdirilməsinə dair imkanın verilməsinə yönəldilmiş və görülmüş iş üçün Azərbaycan ekspertlərinə minnətdarlığını bildirib.

Tərəflər qeyd ediblər ki, Rusiya Federasiyasının 5 subyektində yerləşmiş (Voronej, Bryansk, Orenburq vilayətləri, Stavropol diyarı və Tatarstan Respublikası) heyvan mənşəli məhsul istehsal edən 7 Rusiya müəssisəsinin yoxlanılmasına daxil edən, "Rosselxoznadzor" mütəxəssislərinin və Azərbaycan müfəttişlərinin işi tam həcmdə yerinə yetirilib. Səfər çərçivəsində Rusiya mütəxəssislərinin yüksək hazırlıq, səriştəlik səviyyəsi, laboratoriyaların təchizatı qeyd edilib. Azərbaycan müfəttişləri, həmçinin vilayətlərarası baytarlıq laboratoriyalarının fəaliyyəti ilə də tanış olublar.

Aparılmış yoxlamanın yekun nəticələri üzrə Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidməti, o cümlədən, onların aradan qaldırılması üzrə aşkar edilmiş iradlar və tövsiyələri də özündə cəmləşdirən ilkin hesabatı hazırlayacaq və "Rosselxoznadzor"un ünvanına göndərəcək. Bundan başqa, heyvandarlıq məhsullarının Azərbaycana tədarük edilməsi zamanı irəli sürülən baytarlıq-sanitariya tələbləri yaxın vaxtlarda Rusiya tərəfinə təqdim ediləcək.

Azərbaycan müfəttişləri 2016-cı ildən etibarən Azərbaycana idxal edilən, nəzarət altında olan məhsulların idxalçıların reyestrinə daxil edilmiş müəssisələrdə istehsal olunması barədə "Rosselxoznadzor"u xəbərdar ediblər. Hazırkı tələb, insanların qidası üçün nəzərdə tutulmayan, heyvanların yetişdirilməsini və məhsulun istehsalını həyata keçirən təsərrüfat subyektlərinə şamil edilmir. Bunula əlaqədar, qısa müddət ərzində "Rosselxoznadzor" istehsal edilən məhsulların Azərbaycan ərazisinə tədarükündə maraqlı olan Rusiya müəssisələrinin siyahısını DBNX-yə təqdim edəcək. Bununla belə, Azərbaycan tərəfi onların yoxlanılmasının aparılması hüququnu özündə saxlayır.

"Rosselxoznadzor" həmçinin yoxlamaların gedişatında edilmiş iradların aradan qaldırılması şərti ilə Rusiya müfəttişləri tərəfindən təsdiq edilmiş müəssisələrdən Rusiyaya heyvandarlıq məhsullarının tədarükünün təşkil edilməsində köməklik göstərilməsinə hazır olduğunu Azərbaycan tərəfinə təqdim edib. Bu fəaliyyət çərçivəsində, mötəbər olmayan sertifikatlaşdırmanı və təhlükəsiz olmayan məhsulların Azərbaycandan keçməklə, Rusiyaya qaçaqmalçılıq yolu ilə tədarük cəhdlərinin qarşısının alınmasını istisna edən yanaşmalara arxalanmaq lazımdır.

"Rosselxoznadzor" həmçinin gələcəkdə ikitərəfli əməkdaşlığın perspektivlərindən biri kimi heyvanların yoluxucu xəstəliklərinin qarşısının alınması və mübarizə sahəsində birgə elmi-texniki işləmlərin və tədqiqat proqramlarının ola biləcəyini qeyd edib.

Tərəflər konstruktiv yolla Rusiya-Azərbaycan münasibətlərini inkişaf etdirilməsinə imkan yaradacaq və qarşılıqlı hörmət şəraitində ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına yardımçı olacaq, baş tutmuş səfərin vacibliyini və bundan sonrakı dialoqun əhəmiyyətini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi