Rusiya Azərbaycana günəbaxan yağı ixracını 31 % azaldıb
- 18 mart, 2022
- 10:26
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 4,585 milyon ABŞ dolları dəyərində 3 min 267,26 ton günəbaxan yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 18,3 %, kəmiyyət olaraq – 30,6 % azalıb.
Hesabat dövründə Rusiyadan 4,511 milyon ABŞ dolları 3 min 231,02 ton, Türkiyədən 63,73 min ABŞ dolları dəyərində 32,36 ton, İtaliyadan 9,53 min ABŞ dolları dəyərində 3,88 ton məhsul gətirilib.
2021-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 18,9 % və 30,9 % azalıb, Türkiyədən – 52,7 % və 20,5 % artıb, İtaliyadan – 85,6 % və 85,7 % azalıb.
Qeyd edək ki, Rusiya Azərbaycanın əsas günəbaxan yağı tədarükçüsüdür. Ötən il ökəyə gətirilən günəbaxan yağının 98,2 %-i, 2020-ci ildə - 98,3 %-i, 2019-cu ildə - 97,7 %-i, 2018-ci ildə - 93,6 %-i, 2017-ci ildə - 98,7 %-i bu ölkənin payına düşüb.