Yuxarı

​Rusiya Azərbaycana aqrar sahədə birgə müəssisə yaratmağı təklif edir

Müştərək müəssisə Azərbaycan və ya Stavropol diyarının ərazisində yaradıla bilər

Bakı. 21 may. REPORT. AZ/ Azərbaycanla Rusiya Federasiyasının Stavropol diyarı arasında ticarət dövriyyəsinin həcmi 250 mln. ABŞ dolları təşkil edir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Rusiya şirkətlərinin biznes missiyası" seminarında Stavropol diyarının baş nazirinin müavini Nikolay Velikdan bildirib: "Lakin bu göstəricinin artırılmasına zərurət yaranıb".

Onun sözlərinə görə, buna, ilk növbədə dənli bitkilər, texniki bitkilər, mineral gübrələr, damazlıq heyvanlar hesabına nail oluna bilər: "Son vaxtlar aktiv şəkildə toxumların idxalı həyata keçirilir, əsasən, taxıl toxumları, yem toxumları və tərəvəz bitkilərinin toxumlarının idxalı reallaşdırılır. Biz bu istiqamətlərin mühüm olduğunu düşünürük".

"Azərbaycan və ya Stavropol ərazisində bu istiqamətlər üzrə birgə müəssisənin yaradılmasını isə daha mühüm məsələ hesab edirəm. Bu, olduqca aktual məsələdir, o, baryerlərin aradan qalxmasına kömək edəcək", - deyə N.Velikdan əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi