“Rostselmaş” Azərbaycanda kombayn yığımı ilə bağlı danışıqların bərpasını gözləyir

“Rostselmaş” Azərbaycanda kombayn yığımı ilə bağlı danışıqların bərpasını gözləyir Rusiyanın “Rostselmaş” şirkəti (Rostov vilayəti) ötən ilin sonunda imzalanan saziş üzrə Azərbaycanda NOVA kombaynlarının yığım istehsalının təşkili ilə bağlı danışıqların bərpa olunacağını gözləyir.
ASK
20 May , 2020 13:25
“Rostselmaş” Azərbaycanda kombayn yığımı ilə bağlı danışıqların bərpasını gözləyir

Rusiyanın “Rostselmaş” şirkəti (Rostov vilayəti) ötən ilin sonunda imzalanan saziş üzrə Azərbaycanda NOVA kombaynlarının yığım istehsalının təşkili ilə bağlı danışıqların bərpa olunacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə “Rostselmaş”ın həmsahibi Konstantin Babkin “Kommersant”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il üçün istehsal həcmi 150 kombayn səviyyəsində planlaşdırılıb və elə bir o qədər də tədarük gözlənilir. 

“Amma məlum koronavirus pandemiyasına görə bütün danışıqlar dayandırılıb, vəziyyətin aydınlaşmasını gözləyirik", - K.Babkin deyib.

Qeyd edək ki, kombaynlar Hacıqabul sənaye məhəlləsində istehsal ediləcək.

Son xəbərlər

Orphus sistemi