"Rosselnadzor": Rusiyaya Türkiyə istehsalı olan alma adı altında sanksiya tətbiq edilmiş ölkələrdən alma gətirilir

"Rosselnadzor": Rusiyaya Türkiyə istehsalı olan alma adı altında sanksiya tətbiq edilmiş ölkələrdən alma gətirilir Bakı. 15 may. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselnadzor) bəyan edib ki, ölkəyə Türkiyə istehsalı olan alma adı altında sanksiya tətbiq edilmiş ölkələrdən alma gətirilir.
ASK
15 May , 2018 16:49
Rosselnadzor: Rusiyaya Türkiyə istehsalı olan alma adı altında sanksiya tətbiq edilmiş ölkələrdən alma gətirilir
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselnadzor) bəyan edib ki, ölkəyə Türkiyə istehsalı olan alma adı altında sanksiya tətbiq edilmiş ölkələrdən alma gətirilir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qurum bu qənaətə Türkiyədən alma idxalının həcminin kəskin artmasından sonra gəlib. 

Məlumatda deyilir ki, bu ilin əvvəlindən mayın 15-nə qədər Rusiyaya Türkiyədən 38 min ton alma idxal edilib. Halbuki 2015-ci il ərzində bu rəqəm 14 min tona yaxın olub. Göründüyü kimi 2 il ərzində kəskin artım var. 

"Rosselnadzor" bunun bağlı Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərmək, bu ölkədən Rusiyaya ixrac edilmiş almaların həcmini dəqiqləşdirmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi