Regionlarda fermerlərə kənd təsərrüfatı texnikalarının sənədləri verilib

Regionlarda fermerlərə kənd təsərrüfatı texnikalarının sənədləri verilib Texnikaların ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə təqdim olunub
ASK
29 Aprel , 2016 18:55
Regionlarda fermerlərə kənd təsərrüfatı texnikalarının sənədləri verilib

Bakı. 29 aprel. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Şəmkir rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikasını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Gəncə, Samux, Goranboy, Göygöl, Şəmkir, Tovuz, Gədəbəy, Qazax, Ağstafa rayonlarından olan 80 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2,443 mln. manat dəyərində 172 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 891,8 min manat məbləğində güzəşt tətbiq edilib. 

Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 69 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. 

Eyni zamanda, “Aqrolizinq”dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib. Xüsusi Komissiyanın respublikanın 55 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 1 293 istifadəçiyə lizinqə verilmiş 2 529 müxtəlif kənd təsərrüfatı texnikasına 14,73 mln. manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 744 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalasını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5 228 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 61,749 mln. manat məbləğində güzəşt tətbiq olunub.

Görüşdə həmçinin Qarabağ müharibəsi veteranı Vaqif Bayram oğlu Nağıyeva növbədənkənar olaraq 1 ədəd "Belarus-89,2" markalı traktorun sənədləri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi