Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC aprelin 2-də Qusar rayonunda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını həyata keçirəcək.
ASK
1 Aprel , 2019 15:32
Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC aprelin 2-də Qusar rayonunda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını həyata keçirəcək.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, növbəti səyyar satışlar aprelin 2-də Qusar rayonunun İmamqulu kəndində, kənd inzibati ərazi nümayəndəliyinin binasında baş tutacaq. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Qeyd edilib ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün +99 450 337-89-74 nömrəsi ilə Elşad Əlmuradov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi