Yuxarı
    Bağlamaq

    Qubada yol qəzası zamanı avtomobil piyadanı vuraraq öldürüb

    Yaralı xəstəxanaya yerləşdirilib və orada ölüb

    Bakı. 30 avqust. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Quba şəhər sakinləri Elgün Əzizovun idarə etdiyi "Mercedes" və Mayıl Yusifovun idarə etdiyi "Hundai" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "Hundai" markalı avtomobil yoldan çıxaraq piyada Nəzərşah Əmirbəyovu vurub. 

    Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, həkimlərin müdaxiləsinə baxmayaraq orada ölüb.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi