Yuxarı
    Bağlamaq

    Qubada mal-qara arasında xəstəlik yayılıb - FOTO

    Sakinlər dabaq xəstəliyindən şübhələnir

    Quba. 18 iyun. REPORT.AZ/ Quba rayonunun Buduq kəndində mal-qara arasında xəstəlik yayılıb.

    "Report"un Şimal bürosu xəbər verir ki, 28 yaşayış evinin olduğu kənddə həm iri, həm də xırdabuynuzlu heyvanlarda xəstəlik müşahidə olunur.

    Heyvanlara düşən xəstəliyin nə olduğu hələ dəqiq məlum deyil.

    Kənd sakini İlkin Vəliyevin bir baş iribuynuzlu heyvanı xəstəlikdən tələf olub.

    Sakinlər dabaq xəstəliyindən şübhələnir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi