Qrenlandiyadan Azərbaycana siyənək balığının tədarükünə başlanılıb

ASK
  • 16 mart, 2023
  • 09:40
Qrenlandiyadan Azərbaycana siyənək balığının tədarükünə başlanılıb

2022-ci il ərzində Azərbaycana 341,2 min ABŞ dolları dəyərində 249 ton siyənək balığı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 257 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % azdır) 188 ton (-26 %), İslandiyadan 71 min ABŞ dolları dəyərində (+6 dəfə) 52 ton (+5,2 dəfə) və Qrenlandiyadan 14,1 min ABŞ dolları dəyərində 10 ton balıq alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qrenlandiyadan siyənək balığı tədarükü həyata keçirilib.