Qoşqar Təhməzli: Azərbaycanla Belarus ət və süd məhsulları ilə əlaqədar qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyi barədə razılığa gəliblər

Qoşqar Təhməzli: Azərbaycanla Belarus ət və süd məhsulları ilə əlaqədar qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyi barədə razılığa gəliblər Azərbaycanla Belarus məhsulların keyfiyyəti və təhlükəsizlik göstəriciləri üzərində dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparıblar.
ASK
15 May , 2024 17:52
Qoşqar Təhməzli: Azərbaycanla Belarus ət və süd məhsulları ilə əlaqədar qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyi barədə razılığa gəliblər

Azərbaycanla Belarus məhsulların keyfiyyəti və təhlükəsizlik göstəriciləri üzərində dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparıblar.

“Report”un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşla görüşdən sonra deyib.

O qeyd edib ki, Belarusdan Azərbaycana yüksək riskli məhsullar idxal olunur:

“Bunlar ət-ət məhsulları, süd-süd məhsulları, balıqçılıq və quşçuluq sektorundan olan məhsullardır. Bununla əlaqədar biz həmkarlarımızla bundan sonra da həmin məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi barəsində ətraflı müzakirələr apardıq və aparacağıq”.

Q.Təhməzli vurğulayıb ki, eyni zamanda Belarusdan olan həmkarlar Azərbaycanda laboratoriyalar və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar.

Onun sözlərinə görə, hazırda Qida Təhlükəsizliyi İnstitutu bu sektorda regionda ən peşəkar və təchizatlı beynəlxalq akreditasiyadan keçmiş laboratoriyalara malik institutdur.

“İnstitut həm xüsusi təhlükəli xəstəliklərin ekspertizası, həm bitki mənşəli məhsulların ekspertizası və qida məhsullarının bütün göstəricilərinə görə ekspertizasını həyata keçirə bilir”, - o deyib.

Q.Təhməzli bildirib ki, Azərbaycanla Belarus arasında ət-ət məhsulları, süd-süd məhsulları ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Belarusun Qida Təhlükəsizliyi Sisteminin ekvivalenti kimi tanınması barədə ilkin razılıq əldə olunub:

“Bizim həmkarlar Belarusda istehsal olunan baytarlıq preparatları ilə də yaxından tanış olurlar, hazırda həmkarlarımızla bir ekspert qrupunun yaradılması qərarına gəlmişik. Həmin ekspert qrupu bir müddət araşdırdıqdan sonra qərar veriləcək ki, Azərbaycanda da baytarlıq preparatlarının istehsalı hansı istiqamətdə həyata keçirilsin”.

Son xəbərlər

Orphus sistemi