Qoşqar Təhməzli: “AQTA-nın 9 beynəlxalq layihəsi uğurla başa çatdırılıb”

Qoşqar Təhməzli: “AQTA-nın 9 beynəlxalq layihəsi uğurla başa çatdırılıb” ​​​​​​​Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı dövrdən etibarən 12 ölkə ilə qida, bitkiçilik və baytarlıq sahəsində saziş bağlanıb, 15 ölkə üzrə yeni sənəd layihələri hazırlanıb və müqabil tərəflərə təqdim edilib, 9 beynəlxalq
ASK
5 Aprel , 2024 10:49
Qoşqar Təhməzli: “AQTA-nın 9 beynəlxalq layihəsi uğurla başa çatdırılıb”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı dövrdən etibarən 12 ölkə ilə qida, bitkiçilik və baytarlıq sahəsində saziş bağlanıb, 15 ölkə üzrə yeni sənəd layihələri hazırlanıb və müqabil tərəflərə təqdim edilib, 9 beynəlxalq layihə uğurla başa çatdırılıb.

'"Report" xəbər verir ki, bunu “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, agentlik tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində 4 layihə həyata keçirilməkdədir: “Bütün bunların nəticəsində Avropa İttifaqı tərəfindən tanınan istehsal obyektlərinin sayı 2-dən 11-ə çatdırılıb. Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müvafiq beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan “Ölkələrin Qiymətləndirmə Aləti”ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib”.

Q. Təhməzli bildirib ki, həmçinin dünyada qida təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi xarici investorların Azərbaycan iqtisadiyyatına marağını artırıb və istehsal olunan yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını artırıb: “Agentliyin beynəlxalq təşkilatlarla yanaşı, ölkə daxilində vətəndaş cəmiyyəti institutları, biznes təşkilatları və aidiyyəti orqanlarla əməkdaşlığı da yüksək səviyyədə həyata keçirilir və uğurlu nəticələr əldə olunur".

O əlavə edib ki, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 17 laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi və daha da modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir: “Ümumilikdə İnstitut tərəfindən qida məhsullarının təhlükəsizliyi sahəsində aparılan elmi-praktiki araşdırmaların miqyasının genişləndirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların hazırlanması, müasir standartlara uyğun laboratoriya sınaqlarının həyata keçirilməsi və qida sahəsində fəaliyyət göstərən sahibkarlara hərtərəfli peşəkar dəstək ölkəmizdə qida sənayesinin inkişafına müsbət təsir göstərib”.

Son xəbərlər

Orphus sistemi