Bakı. 5 yanvar. REPORT.AZ/ Qazaxıstan 2014-cü ildə Azərbaycana 643 min ton şəkər və şəkərdən hazırlanmış qənnadı məmulatları ixrac edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin hesabatında deyilir.
Məlumata əsasən, 2014-cü ildə Qazaxıstan 8554,9 ton şəkər və şəkərdən hazırlanmış qənnadı məmulatları ixrac edib, bu da 2013-cü ilin yanvar-noyabr ayında olan göstəricidən 52% çoxdur.
MDB ölkələrinə Qazaxıstan 7026,9 ton şəkər ixrac edib. Onlardan Azərbaycana 643 ton, Qırğız Respublikasına 1974 ton, Tacikistana 471,2 ton və Özbəkistana 3511,7 ton ixrac olunub.