Yuxarı
    Bağlamaq

    Qazaxıstan fitosanitar nəzarəti keçə bilməyən 80 tondan çox kartofu Azərbaycana qaytarıb

    Karantin obyektinin aşkarlanması üzrə dörd hal aşkar edilib

    Bakı. 27 iyun. REPORT.AZ/ İyunun 10-dan 23-dək Qazaxıstan Azərbaycan tərəfinə fitosanitar nəzarəti keçə bilməyən 81,5 ton kartof geri qaytarıb.

    "Report" xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Mətbuat xidmətinin məlumatına görə, göstərilən müddətdə Qazaxıstan ərazisinə gətirilən yüksək fitosanitar riskli karantinli məhsulların yoxlanışı zamanı bitki karantini sahəsində Qazaxıstan Respublikası və Avrasiya İqtisadi Birliyi qanunvericiliyinin pozulduğu səkkiz hal aşkar edilib.

    Azərbaycandan kartof idxalı zaman karantin obyektinin (qızılı kartof nematodu - red.) aşkarlanması üzrə dörd hal aşkar edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi