​Qazaxıstan Azərbaycana taxıl ixracını azaldıb

​Qazaxıstan Azərbaycana taxıl ixracını azaldıb Əvəzində Rusiyadan taxıl idxalı artırılıb
ASK
4 İyul , 2015 15:57
​Qazaxıstan Azərbaycana taxıl ixracını azaldıb

Bakı. 4 iyul. REPORT.AZ/ Qazaxıstandan Azərbaycana və İrana taxıl tədarükü azalıb. Bunun əvəzində isə Rusiyadan taxıl idxalı həm Azərbaycana, həm də İrana artıb. 

"Report" xəbər verir ki, Rusiya 2014-2015-ci illərdə hər iki ölkəyə ixracını iki dəfə artırıb. Qeyd edilən müddətdə İrana 2,8 mln. ton, Azərbaycana isə analoji dövrdə təxminən 2,3 dəfə çox 1,7 mln. ton taxıl idxal edilib.

Qazaxıstandan taxıl tədarükünün azalmasına səbəb isə məhsuldarlığın və keyfiyyətin aşağı düşməsi amilləri göstərilir. 

Bundan başqa, Rusiya Latın Amerikası bazarına da tədarükü genişləndirib. Belə ki, Meksikaya həyata keçirilən ixrac sayəsində Rusiya Kanada taxılını gedirdə qoyub. Rusiya 2014-2015-ci illərdə bu ölkəyə 406 min ton taxıl ixrac edib.

Son xəbərlər

Orphus sistemi