Qaxda tut ipək qurdu toxumu istehsalı zavodu tikiləcək

Qaxda tut ipək qurdu toxumu istehsalı zavodu tikiləcək Bakı. 5 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çinin Çençjou şəhər merinin müavini Li Sianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASK
5 Dekabr , 2017 12:06
Qaxda tut ipək qurdu toxumu istehsalı zavodu tikiləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çinin Çençjou şəhər merinin müavini Li Sianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi Azərbaycanla Çençjou arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması olub.

İ.Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. O, bildirib ki, dövlət strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələri həyata keçiir.

Nazir müavini iki ölkə arasında kənd təsərrüfatı sahəsində, xüsusilə ipəkçilik sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. İ.Quliyevin sözlərinə görə, keçən il Çindən 1,5 mln. ədəd, bu il isə 1 milyon ədəd tut tingi (çəlik) gətirilib. Bundan başqa bu ilin aprel ayında Çindən Azərbaycana 6 000 qutu ipək qurdu idxal edilib.

Nazir müavini Qax rayonunda tut ipək qurdu toxumu (qrena) istehsal edən zavodun tikilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. O, Azərbaycanın həmçinin pambıqçılıq sahəsində də Çinlə əməkdaşlıqda maraqlı olduğunu və bu sahədə Çin texnologiyasının tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İ.Quliyev Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olduğunu qeyd edərək Çençjou ilə əlaqələri daha da genişləndirmək üçün koordinasiya şurasının yaradılmasını təklif edib.

L.Sian isə Azərbaycanla Çin arasında tarixi əməkdaşlıq əlaqələri mövcud olduğunu vurğulayıb. O, Çençjouda pambıq, qida, kimya sənayesi, tekstil maşınları sahələrinin inkişaf etdiyini qeyd edərək əməkdaşlıq üçün geniş potensial imkanların olduğunu diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi