Qarabağ üçün xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır

Qarabağ üçün xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır Qarabağ zonası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır.
ASK
19 Oktyabr , 2022 14:02
Qarabağ üçün xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır
Seymur Mövlayev

Qarabağ zonası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda deyib.

"Bu, dövlətin müəyyən etdiyi strateji xəttə uyğun olaraq nəzərdə tutulub", - S.Mövlayev bildirib.

Onun sözlərinə görə, nazirlik gələcəkdə mövcud imkanlar çərçivəsində dəstək verməyə hazırdır.

O vurğulayıb ki, Qarabağda heyvandarlıq sahəsində biznes üçün subsidiyalar nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi