Polşa və Belarus Azərbaycandan pomidor alışını kəskin artırıb
- 09 avqust, 2022
- 08:09
Azərbaycan bu ilin yanvar-may aylarında xaricə 91,05 milyon ABŞ dolları dəyərində 75 min 772 ton pomidor satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,6 % çoxdur, kəmiyyət olaraq – 0,3 % azdır.
Rusiyaya 87,324 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 1,9 % artıb) 73 min 409 ton (-0,1 %), Belarusa 3,192 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 1,799 ton (+3 dəfə), Polşaya 239,4 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 162 ton (+2,3 dəfə), Ukraynaya 223,81 min ABŞ dolları dəyərində (+6,7 %) 294,23 ton (-36,2 %), Gürcüstana 43,04 min ABŞ dolları dəyərində (-73 %) 86,72 ton (-84 %) məhsul göndərilib.
Hesabat dövründə Azərbaycana 854,28 min ABŞ dolları dəyərində 807,6 ton pomidor gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 43,3 % və 6,7 % çoxdur.
Rusiyadan 785,17 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 684,43 ton (+2,5 dəfə), Türkmənistandan 64,33 min ABŞ dolları dəyərində (-24 %) 114,77 ton (-29,6 %), İrandan 4,5 min ABŞ dolları dəyərində (+225 dəfə) 8,18 ton (+273 dəfə) və Türkiyədən 0,28 min ABŞ dolları dəyərində 0,22 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.