Payızlıq əkinlərin suvarılması ilə bağlı videokonfrans keçirilib

Payızlıq əkinlərin suvarılması ilə bağlı videokonfrans keçirilib “Meliorasiya və Su Təsərrüfatı” ASC-də qurumun sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə payızlıq əkinlərin suvarılması ilə bağlı videokonfrans keçirilib.
ASK
24 Oktyabr , 2020 09:24
Payızlıq əkinlərin suvarılması ilə bağlı videokonfrans keçirilib

“Meliorasiya və Su Təsərrüfatı” ASC-də qurumun sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə payızlıq əkinlərin suvarılması ilə bağlı videokonfrans keçirilib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, tədbirdə qurumun sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev, aparatının işçiləri, yerli istismar idarələrinin rəisləri, eləcə də Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Nazirliyin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev iştirak edib.

Videokonfransda pambiq bitikisinin son suvarma vegitasiyasından, payızlıq əkinlərin suvarılmasından danışılıb. Ə. Əhmədzadə bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaş kimi, melioratorları da sevindirir. “Qarşımızda duran əsas vəzifələrdən biri də işğaldan azad olunan ərazilərimizdə meliorativ tədbirlərin görülməsinə indidən hazırlaşmaqdır. Dövlətimizin başçısının da dediyi kimi, ərazilərimizin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bütün torpaqlarımızda məhsuldarlığın əldə olunmasına çalışmalıyıq”, - sədr əlavə edib.

İclasda yerli istismar idarələrində olan vəziyyətdən, mövcud olan sudan səmərəli istifadə olunmasından, qrafik əsasında gecə və gündüz suvarmasından danışılıb. Bildirilib ki, əvvəlki illərdən fərli olaraq bu il payızlıq əkinlərinin suvarılmasında Kənd Təsərrüfatı Nazirliyinin rayondakı nümayəndəlikləri ilə birlikdə sudan səmərəli istifadə olunmalıdır. Suvarmadakı çətinlikləri azaltmaq üçün, bol məhsul əldə etmək üçün subartezian quyularından və nasoslardan maksimum istifadə edilməlidir, texniki problemlər dərhal aradan qaldırılmalıdır.

Həmçinin payızlıq əkiNləri arasında ən əsas taxıl bitkisinin suavarılması məsələsi də müzakirə olunub.

Sonda yerli idarələrin söylədiyi məsələlərə münasibət bildirilib və deyilənlərin yerində araşdırılamısı, kömək məqsədi ilə yerlərə nümayəndələrin göndəriləcəyi ilə bağlı lazımi tədbirlər görüləcəyi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi