Pambıqçılıqda xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılması müzakirə edilib

Pambıqçılıqda xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılması müzakirə edilib Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə “Pambıq istehsalında torpaq, qida maddələri və suyun idarə edilməsi sahəsində qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsinin təqd
ASK
26 Oktyabr , 2021 17:29
Pambıqçılıqda xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılması müzakirə edilib

Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə “Pambıq istehsalında torpaq, qida maddələri və suyun idarə edilməsi sahəsində qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nümayəndələri, pambıqçı fermerlər, pambıq emalı müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfat nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən nazir müavini əlavə edib ki, dövlət dəstəyi pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradıb.

Tədbirdə çıxış edən Nüvə texnologiyasının tətbiqi üzrə FAO-AEBA Mərkəzinin direktoru Qu Liang pambıqçılıqda torpaq, qida maddələri və suyun səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib və iqlim dəyişikliyinin mənfi təsirlərindən yayınmaq üçün resursların səmərəli idarə olunmasının zəruri olduğunu vurğulayıb.

Qeyd olunub ki, AEBA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr əlverişsiz mühit amillərinə qarşı davamlı pambıq sortlarının yaradılmasında əhəmiyyətli rol oynayır. AEBA-nın layihə koordinatoru Nəzakət İsmayılzadə “Azərbaycanda pambıqçılığın vəziyyəti: qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqi” mövzusunda çıxış edərək mövcud resurslar, ənənəvi becərmə texnologiyaları və iqlim dəyişikliyi fonunda qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqinin zəruriliyinə toxunub.

Daha sonra “Nüvə texnologiyası və aidiyyəti metodlardan istifadə etməklə mutant seleksiya və torpaq, su və qida maddələrinin səmərəli idarə edilməsi ilə Azərbaycanda pambıqçılığın dayanıqlı inkişafına dair strateji məsləhətləşmə” mövzusunda müzakirələr aparılıb. Yüksək məhsuldarlıqla yanaşı, xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasının vacib olduğunu vurğulayan tədbir iştirakçıları pambıqçılığın inkişafı ilə bağlı qabaqcıl təcrübələrin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi