Pambıqçılıqda herbisidlərdən istifadəyə dair təlimlərə başlanılıb

Pambıqçılıqda herbisidlərdən istifadəyə dair təlimlərə başlanılıb Bakı. 14 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Sabirabad rayonlarında pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı istifadə olunan herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə olunmasına dair təlimlərə başlanılıb.
ASK
14 Aprel , 2018 17:53
Pambıqçılıqda herbisidlərdən istifadəyə dair təlimlərə başlanılıb

Bakı. 14 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Sabirabad rayonlarında pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı istifadə olunan herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə olunmasına dair təlimlərə başlanılıb.

Qurumdan "Report"a  verilən məlumata görə, təlimlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin, rayon bitki mühafizəsi mərkəzlərinin, rayon kənd təsərrüfatı idarələrinin, rayon aqroservis mərkəzlərinin mütəxəssisləri və mexanizatotları, kənd təsərrüfatı idarələrinin nəzdində fəaliyyət göstərən MMC-lərin mütəxəssisləri və pambıq əkini üçün müqavilə imzalamış fermer və sahibkarlar iştirak edirlər.

Təlimlərdə ötən ildə pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı yolverilən çatışmazlıqlar Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən fermer və mexanizatorlara izah olunub və gələcəkdə pambıq sahələrinin xəstəlik və ziyanvericilərdən mühafizəsində qeyd olunan çatışmazlıqların aradan qaldırılması yolları əyani şəkildə göstərilib.

Təlimlərdə keçən mövsüm ilində pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı alaq otlarına qarşı mütəxəssislər tərəfindən tövsiyə edilən herbisidlərin normadan az miqdarda tətbiq olunması, işçi məhlulun hazırlanması zamanı istifadə olunan suyun Ph mühitinin tənzimlənməməsi, sahələrdə zərərvericilərə qarşı aparılan mübarizə tədbirlərində istifadə olunan traktor və çiləyiçi aqreqatların nizamsız fəaliyyət göstərməsi (kolibrovka olunmaması), zərərvericilərə qarşı aparılan kimyəvi mübarizə tədbirlərində eyni təsiredici tərkibə malik preparatlardan istifadə olunduqda zərərvericilərdə rezistentlik xüsusiyyətinin (preparata qarşı davamlılıq) yaranması və mübarizə tədbirlərinin aparılması zamanı aqrotexniki qaydaların pozulması kimi problemlər müzakirə edilərək həlli yolları izah olunub və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi