Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb

Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb Bakı. 28 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Abşeron rayonlararası bioloji laboratoriyası pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlayıb.
ASK
28 İyun , 2018 16:20
Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Abşeron rayonlararası bioloji laboratoriyası pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlayıb. 

Qurumdan "Report"a verilən məlumata görə, trixoqrammalardan istifadə etməklə başlayan və hazırda davam edən bioloji mübarizə tədbirləri Kürdəmir, İmişli və Beyləqan rayonlarını əhatə edir.

Xatırladaq ki, 2015-ci ildən laboratoriyada trixoqrammanın istehsalı bərpa edilib. Həmin ildən başlayaraq İmişli və Beyləqan rayonlarının pambıq sahələrində pambıq sovkasına qarşı uğurla tətbiq edilib və pestisidlərin tətbiqindən tam imtina edilib. Nəticədə də məhsulun maya dəyəri azaldılıb və aqrobiosenozlarda mövcüd olan “bitki-fitofaq-entomofaq” sistemi qorunub saxlanılıb. Hazırda laboratoriya tərəfindən trixoqrammaların yetişdirilməsi prosesi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi