Özbəkistan narçılıq sahəsində Azərbaycanın təcrübəsini öyrənir

Özbəkistan narçılıq sahəsində Azərbaycanın təcrübəsini öyrənir Özbəkistan kənd təsərrüfatı, o cümlədən narçılıq sahəsində Azəırbaycanın təcrübəsini öyrənmək niyyətindədir.
ASK
11 Avqust , 2021 13:55
Özbəkistan narçılıq sahəsində Azərbaycanın təcrübəsini öyrənir

Özbəkistan kənd təsərrüfatı, o cümlədən narçılıq sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsinin müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

“Biz Özbəkistanda hansı nar növlərinin becərmək üçün əlverişli olduğunu araşdırırıq. Bunun üçün müvafiq ərazilər də ayrılıb. Əməkdaşlıq edəcəyimiz sahələri ayırd edirik. Azərbaycanın müxtəlif bölgələrində olmuşam, orada pambıqçılıq və ipəkçiliyin necə inkişaf etdiyini görmüşəm. İstərdik ki, bu sahələrdə Özbəkistan Azərbaycanın təcrübəsini əxz etsin”, – deyə diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi