Yuxarı

Azərbaycanda ötən il balıq ovu 36% azalıb

Ötən il balıqçılar kvotanın alınması üçün 26,7 min manat ödəyiblər

Bakı. 8 fevral. REPORT.AZ/ Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2015-ci ildə 156 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 677,9 ton kvotaya qarşı faktiki olaraq 565,6 ton balıq ovlanıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

DSK-dan bildirilib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə kvota üzrə balıq ovu 35,8% azalıb. Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi