Ötən ay Azərbaycanda aqrar məhsulların istehsalçı qiymətləri artıb

Ötən ay Azərbaycanda aqrar məhsulların istehsalçı qiymətləri artıb Qiymət artımı orta hesabla 0,3% təşkil edib
ASK
15 Avqust , 2017 19:27
Ötən ay Azərbaycanda aqrar məhsulların istehsalçı qiymətləri artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri iyun ayına nisbətən orta hesabla 0,3% çox olub. 

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumatda deyilir ki, aylıq müqayisədə heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% azalıb. Balıq və sair balıqçılıq məhsullarının, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik olmayıb. 

Son xəbərlər

Orphus sistemi