Azərbaycan yüksək məhsuldarlığa malik cins heyvanlar yetişdiriləcək - PİLOT LAYİHƏ

Azərbaycan yüksək məhsuldarlığa malik cins heyvanlar yetişdiriləcək - PİLOT LAYİHƏ Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb.
ASK
3 İyul , 2020 12:17
Azərbaycan yüksək məhsuldarlığa malik cins heyvanlar yetişdiriləcək - PİLOT LAYİHƏ

Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, layihə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Lahiyənin məqsədi heyvanların cins tərkibini saxlamaqla məhsuldarlığın artırılmasına nail olmaqdır. Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, Mərkəzin əldə etdiyi toxumlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan verir. Layihə çərçivəsində bu ilin iyunun 30-da 42 kq ağırlıqda Şvis cinsindən buzov alınıb.

Son xəbərlər

Orphus sistemi